Deputat: “Gəlib mənim yerimdə oturacaqsan?!”backend

Deputat: “Gəlib mənim yerimdə oturacaqsan?!”

“Niyə yataqxanada çürüyən alimə verilməsin?! Təkcə jurnalistlərə ev tikilməyib. Elmlər Akademiyasının alimlərinə də mənzillər tikilib. Bu evi paylayanların çoxunda heç alim əxlaqı da yoxdur. Onlar da evləri öz qohum-əqrabasına verdi, savadlını seçmədi. Tək jurnalistlərdə belə olmayıb. Peşəni ayırmayaq, istedadı ayıraq”.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, ehtiyac mücərrəd məsələdir: “Hamının ehtiyacı var. Bir evi olanın da ikinciyə ehtiyacı var. Evi olmayanın da həmçinin. Kiminsə pula ehtiyac var, satıb gedəcək. İndi qayda qoymalı idilər ki, jurnalistlər ev alıbsa, satmamalıdır. Bəs niyə satıblar? Əgər ehtiyacın var idisə, niyə alırdın və onu satırdın. Bir neçə şəxs jurnalist adı ilə ev alıb və satıb. Bütün bunlar bu sferada müəyyən narazılıq yaradan səbəblərdir. Haqqı çatan adama verəndə, cəmiyyətdə etiraz doğurmur. Heç bir sahədə fikir deməyə qoymurlar, Azərbaycanda fikir qatilləri var. Savadsız, istedadsız, qabiliyyətsiz adamlardır. Deyirlər ki, siz deputatlar niyə belə etdiniz? Sənə nə dəxli var, deputatın nə etdiyindən. Sən gəlib mənim yerimdə oturacaqsan?! Ya da oturanda məndən daha fəal, daha vicdanlı davranacaqsan?! Sanki biri haqqında deyəndə, o birinə bumeranq formada qarşılığı uyğun olmayan, etikadan kənar üslubda cavab verir ki, bu, yolverilməzdir. Etirazın da mədəni forması var, kimisə təhqir etməyib ki. Adam bir söz deyib, siz onu niyə söyməlisiniz?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*