Hərbçilərin maaşı bu formada təmin ediləcək – Deputatbackend

Hərbçilərin maaşı bu formada təmin ediləcək - Deputat

“Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan və hazırda xidmət çəkən hərbçilərin fədakarlığının heç bir maddi qarşılığı ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri deputat Kamal Cəfərov feysbuk hesabında hərbçilərin maaşlarının birqata endirilməsi məsələsinə münasibət bildirərək yazıb.

Millət vəkili bildirib ki, bu məsələ onunla yanaşı, digər deputatları da narahat edir:

“Bununla bağlı mən də Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu göndərərək, aidiyyəti komitə rəhbərlərinə məruzə etmişəm. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.

“Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən, hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əməkhaqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib. Yaxın zamanlarda, hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin olunacaq”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*