Deputat orduda baş verən cinayətlərdən danışdıbackend

Deputat orduda baş verən cinayətlərdən danışdı

KONKRET.az xəbər verir ki, bunu millət vəkili Sisak Qarielyan deyib.

Onun sözlərinə görə, orduda əsgərlərin icdilməsi hallarına qarşı ciddi mübarizə aparılmalıdır. O, hətta əvvəl şahidi olduğu bir epizodu danışıb. Deputat bildirib ki, əsgər yeməkxalanarından birində hərbi qulluqçu olmayan birisi əsgərləri çox incidirdi. O, yeməkxananın sahibi idi və məmur kimi çox harınlamışdı.

Sisak Qabrielyan hesab edir ki, bir çox hallarda orduda bu kimi məsələlər xaricdən insanları cəlb etməklə həll olunur, bu zaman əsgərlər özbaşına hərbi hissəni tərk edir: “Hərbiçi olmayanları orduya yaxın buraxmaq olmaz. Əgər belə olsa, problemlər həll ediləcək, əsgər hərbi hissədən qaçmayacaq və ya özünü vurmaq istəməyəcək. Məsələn, hərbi hissəmizdə belə bir hal var idi, hərbçilərdən biri meşədə ayağına atəş açdı və problem başqa bir hərbiçi ilə əlaqəli idi, amma mülki şəxslər onunla məsələni həll etdilər”.

Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsində Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Müzakirələrdə “hərbi təhlükə, təhdid, qəsdən və ya səhlənkarlıqla şərəf və ləyaqətə zərbə vurmaqla başqasının alçaldılması” kimi orduda baş verən hallar əsas mövzulardan olub.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın