Deputat: “Rusiya anti-miqrant siyasətində itirən, Azərbaycan isə qazanan tərəf olacaq”backend

Deputat: "Rusiya anti-miqrant siyasətində itirən, Azərbaycan isə qazanan tərəf olacaq"

Son günlər Rusiyada yaşayan həmvətənlərimiz deportasiya edilir. Yürüdülən anti-miqrant siyasətin ölkədə miqrant axınını artıracağı söylənilir.

KONKRET.az xəbər verir ki, deputat Hikmət Babaoğlu məsələ ilə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda işçi qüvvəsinə ehtiyac var:

“Rusiyada baş verən anti-miqrant siyasətin xüsusən azərbaycanlılara qarşı yönəlməsi orada yaşayan miqrant və vətəndaş statusu daşıyan azərbaycanlıların iş yerlərini itirməsinə səbəb ola bilər. Bu prosesin fonunda Rusiya itirən, Azərbaycan isə qazanan tərəf olacaq. Çünki miqrantlar müxtəlif peşə sahələrində çalışan şəxslərdir. Onlar ticarətin müxtəlif sahələrində işləməklə Rusiya iqtisadiyyatının güclənməsinə xidmət edirlər. Azərbaycanlılar Azərbaycana gəlmək məcburiyyətində qalarsa, böyüyən iqtisadiyyatımızın bir parçasına çevrilə bilərlər. Azərbaycan bu gün yeni iş yerləri açır. Qarabağ yenidən qurulur, işçi qüvvəsinə ehtiyac var. Xüsusilə peşə sahibi olan, iqtisadiyyatın müəyyən sahələri üzrə ixtisaslaşmış şəxslərə çox böyük ehtiyac var. Nəticə etibarilə, miqrantların Azərbaycana qayıtması iqtisadiyyatımızın böyüməsinə gətirib çıxaracaq”, – deputat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*