Deputat xəbərdarlıq etdi: 15 sentyabrdan daha pis olacaqbackend

Deputat xəbərdarlıq etdi: 15 sentyabrdan daha pis olacaq

Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır. Şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir.

KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev bildirib.

“Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə, işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.

Düşünürəm ki, 15 sentyabrdan sonra (orta və ali məktəblərdə dərslər 15 sentyabrda başlayır – red.) daha ağır vəziyyətlə üz-üzə qalacağıq”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*