backend

Deputatdan gözlənilməz addım - VİDEO

Xaçmaz rayon Qədəşoba kənd sakini Nazlı Kərimova 3 yaşlı nəvəsinin səhhətində yaranan problemlə əlaqədar rayonun 55 yaşlı seçki dairəsindən seçilmiş deputat Eldəniz Səlimova müraciət edib.

KONKRET.AZ-ın Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, Qarabağda gedən döyüşlərdə həyat yoldaşı itkin düşən qadının müraciətindən sonra deputat Eldəniz Səlimov həmin ailə ilə əlaqə saxlayaraq onların problemlərini dinləyib.

Qısa zaman ərzində körpənin müalicəsi üçün lazım olan dərman və digər tibbi avadanlıqlar alınaraq yaşadıqları mənzilə çatdırılıb. Dərman preparatları ilə yanaşı ailəyə zəruri ərzaq məhsulları da verilib.

Hazırladı: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*