Bizim hökumətə təqdim etdiyimiz təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır. Nəzərə alsaq ki, hazırda minimum maaş 345 manatdır, amma vergi güzəştləri 200 manata qədər tətbiq olunur.
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
“Bu səbəbdən təklif edirik ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, 345 manatdan hesablansın. Nəticədə bu hadisə minimum maaş alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əmək haqqı alan vətəndaşlarımızda da vergi məbləği bu halda azalacaq və nəticədə əmək haqqının artmasına gətirib çıxaracaq”, – o bildirib.
Sahil Babayev utanmadan deyir ki son 5 ildə əmək haqqı 5 dəfə artıb.Guya nə qədər artıb ki,cəmi 345 manat olubda.Əhalinində 80.faizi işsizdi,ya qul bazarındadı,yada təsadüfü qazanc hesabına yaşayır.Çoxları əlində olan son qəpik quruşada lotoreya bileti alır ki,bəlkə nəsə uduş qazana vəziyətdən çıxa.İşsizlikdən insanlar pis vərdişlərə.aludə olurlar,narkomaniya,əxlaqsızlıq hər gün artmaqdadır.Ağır cərimələrdə əhalinin belini büküb.Görəsən Prezident seçkilərində namizədlər və hazırki hakimiyyət xalqa yenə hansı yalan vədlər verəcək,şirin nağıllar danışacaq.Xalq pis gündə yaşayır,neft ölkəsində olan vəziyyət bərbad gündədir.
5 dəfə artıb deyəndə onu nəzərdə tutur ki, 5 dəfə 5 manat 5 manat artım olub, bu da edir cəmisi 25 manat 🙂
ay basda oturanlar olari artim edince erzagin qiymetlerini asagi salin her sey duzelecey vallah o qiraqdan xammal alinca osduraga basib dovletin budcesini talayinca fabrik acin zavod acin xammal ozumuzden olsun nolarki
Qardaşım Vüqar, heç kimin tərəfini tutmadan Sizə bildirirəm ki, Sizin burada nəzərə almadığınız bəzi məsələlər vardır.
1. Bəli maaşlar artıb -bu doğrudur, lakin dünyada baş verən qiymət dəyişiklərini yalnız biz idarə etmirik; bu baxımdan istehlak mallarının da qiyməti bazarda artır və bəzən maaş artımlarını üstələyir.
2. Ölkəmizdə işsizlik 80 faiz deyildir. Doğrudur, işsizlər vardır, Lakin burada mənzərə belədir ki, 300-450 manatlıq boş iş yerlərinə işsizlər getmir və mümkün olan hallarda dövlətdən işsizlik müavinəti almağa daha çox meyl edirlər. Heç bir maaş almayıb bekar qalmadansa, aza da qaıl olmaq olar.
3.Heç kim adamları lotereya almağa və uduzmağa vadar etmir; bu könüllüdür. Şəxsən mən heç vaxt istehlakım üçün nəzərdə tutduğum məbləği lotereya və sair üçün vermirəm. Görünən odur ki, heç bir nazirlik bizi buna təhrik etmir. Bu fərdi bir seçimdir.
4. İşsizlik və kasıblıq kimi hallar yalnız bizim cəmiyyətdə deyil, hətta ən inkişaf etmiş ölkələrdə də bu və ya digər dərəcədə mövcuddur. Tam əmin olun ki, dövlətimiz gücəndikcə, bu məsələlər minimuma enəcək. Biz indi o yoldayıq….
5. Hamı üçün bəlli bir fakt vardır ki, qeyri-dost ölkələr bizi daim istəmədiyimiz halda hərbiyə böyük pullar xərcləməyə vadar edir və necə deyərlər, bu hal dövləti sosial xərclərə bir qədər qənaət etməyə vadar edir. Amma baxın, biz 30 il əvvəlki ölkə də deyilik. İki cəhətə görə: a) Torpaqlarımız azaddır. b) Yeni ölkə -şəhərlər, kəndlər, qəsəbələr və sair infrastrukturlar qururuq. Hələ minaların təmizlənməsi işinə və digər bu kimi hallar üçün nələr xərcləndiyi bəllidirmi?!!! Yeri gəlmişkən, elə bu sətirlərin müəllifi vaxtilə ANAMA üçün yazılan ilkin Layihənin müəllifidir.
6. Qaldı Prezident seçkilərinə – məgər indi başını dik tutan Azərbaycanı xalqımıza ərməğan edən Prezidentimizə, şəhidlərimizə, qazilərimizə müharibə veteranlarımıza kiminsə şübhəsi varmı?!!
7. Ən axırıncı toxunmaq istədiyimiz məsələ odur ki, bütün bunları görməzdən gəlmək olmaz, qardaşım. Və eləcə də bütün fərdi, sosial, iqtisadi və digər kimi məsələlərdə olan çətinlikləri də bir qurumun və ya bir şəxsin adına yazmaq olmaz. Biz bütün çatışmazlıqları birgə aradan qaldırmalıyıq. Əvəzində kütlə psixologiyası ilə bir nəfərə və ya bir quruma hücum etməli deyilik.
8. Nəhayət, hamının gördüyü və bildiyini – çətinlikləri – müstəsna olaraq dözümsüz hal kimi qiymətləndirə bilmərik. Sual verməliyik: “Məgər bizi zorla qarşıdurmalara sürütləyənləri ” görmürük???
Hörmətlə,
Eldar müəllim
Salam Eldar müəllim,mən 1ildi ordudan ehtiyata buraxılmışam sol tərəfim qəlipədi aldığım veteran puludur 1ildi məşgulluqda işsizkimi qeydiyyatdayam ancağ işlə təmin olunmamışam kimin adamıvar və yaxud hayasızlığ edir onu işlə təmin edirlər
Bəli elədirki var..Vüqar müəllim məndə sizinlə tam razıyam..Və əlbəttəki toxun acdan nə xəbəri…bir baxsınlar görsünlərki bu 350-400 vəya 500 maaşla evdə tək işləyən insan necə kamunala..yeməyə..geyimə və üstəgəl dərmana pulu çatdırsın??..Heç tək adama çatmır bu pul.Bir maaş alıb ancaq analiz və dərmana versən ac və geyimsiz qalmalısan özündə uşaqında…Hərşeydə günü gündən bahalaşlr…
Bu reqemlere gore utanmirsiz?!
Veteran pulunu qaldirinda. Hecyerde iwlemirem gelirim yoxdu birdene 80 manat aliram ve menim kimide minlerle veteran var . Bunu normal bir gekir edinde ,kasiblayacaqsiz? Gunhaha batacaqsiz? Ya bawqa ziyanliq olacaq qaldiranda? Goz yumdugumuz canin qarwiliqi budur?
Anadangəlmə əqli gerilik autizm qüsurlu uşağın pensiyasını keçən ilin yayıdan kəsiblər.Faktiki uşaq xəstədi,rüşvət vermədiyimə görə, xəstəxanadan sənədlərin düzgün yazmırlar və nazirlikdən imtina gəlirki düzgün yazılmır.Dərdimizi kimə deyək.İçimizdə olan haram yeyənlər qoymurlar bu kasıb camaat yaşasın.
3 qrup dil qusurlu oglumu 2 ildiki doymedyim qapi qalmiyib.ise goturmurler.
serefsizler mikro sahibkar ucun vergini 5%den 20% qaldirdin.Guzesti lexv etdin.sebeb aydin deyil.guya 3 isci gotursunler.halbuki 300-500 aya qazanan tek sahibkar ozun dolandira bilmir 3 isci neca gotursun…bir yandan deyir az geliri olanlara mikro sahibkarlara komek edir dovlet diger terefden vergini artirir..bes ne oldu 200 000 dek mikro sahibkar veya sadelesdirlirmis vergi odeyigisi deyirdin,bes ne oldu 20% yukledin.