Deputatdan XƏBƏRDARLIQ: “Yoluxanların sayının azalmasından arxayın olmamalıyıq”backend

Deputatdan XƏBƏRDARLIQ: "Yoluxanların sayının azalmasından arxayın olmamalıyıq"

“Yoluxanların sayı yenidən çoxalarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər”.

Bunu KONKRET.aza karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların sayı artıq yüzdən aşağı düşüb:

“Sağalanların sayı da çoxalıb. Bu, hər birimizi sevindirir. Amma eyni zamanda hər birimizin məsuliyyətini daha da artırmalıdır. Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda Operativ Qərargah tərəfindən yumşalma prosesi gedir. Zaman-zaman görürük ki, bəzi müəssisələr açılır. Bu, ilk növbədə insanlarımızın məsuliyyətini artırmalıdır, çünki biz beynəlxalq təcrübəyə və qardaş Türkiyəyə nəzər salanda görürük ki, sərt karantin rejimindən yumşalmaya gedən zaman artıq mənfi dinamika görülür. Yumşalmalardan sonra məsuliyyət insanlarımızın üzərinə düşür. Hesab edirəm ki, əvvəlki günlərə nisbətən daha məsuliyyətlə yanaşmalıyıq. 3 qaydaya əməl etsək, biz müsbət dinamikanı qoruya bilərik. Maskadan, lazım olanda tibbi əlcəkdən istifadə edilməli, sosial məsafə və sanitar gigyenik qaydalar qorunmalıdır. Bu üç qaydaya əməl etmək vacibdir”.

Deputat vacib bir məsələyə də toxunub:

“Biz yaddan çıxarmamalıyıq ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada fövqəlada vəziyyəti daha 3 ay uzadıb, çünki koronavirusun dərmanı və vaksini hələ tapılmayıb. Ona görə də bu virus bir müddət bizimlə yaşayacaq. Ona görə də biz qoyulan qaydalara əməl etməliyik. Yoluxanların sayının azalmasından arxayın olmamalıyıq. Çünki kiçik bir məsuliyyətsizlik yoluxanların sayının yenidən artmasına səbəb ola bilər”.

Cavid Osmanov fikrini belə tamamlayıb:

“Yoluxmaların sayının yenidən artması karantin rejiminin sərtləşdirilməsinə və məhdudiyyətlərin qoyulmasına səbəb ola bilər”.

Nərgiz Mirzəyeva                                                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*