Deputatın “18:00-dan sonra xəstəni əməliyyat etmək olmaz” fikrinə tanınmış terapevt görün necə CAVAB VERDİ backend

Deputatın "18:00-dan sonra xəstəni əməliyyat etmək olmaz" fikrinə tanınmış terapevt görün necə CAVAB VERDİ 

“Saat 18:00-dan sonra xəstəni əməliyyat etmək həkimlərə qadağan olunmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, insan 8 saatdan çox işləyəndə yorulur və səhv etmək ehtimalı çoxalır: “İş vaxtından sonra əməliyyat vacibdirsə, o zaman icra olunmalıdır. Çünki həkimlər bütün əməliyyatları demək olar ki, sözügedən vaxtdan sonraya salırlar. Bu, qadağan edilməlidir”.

Mövzunu KONKRET.az-a şərh edən tanınmış terapevt Rasif Bağırov deyib ki, deputat Qüdrət Həsənquliyevin dediyi fikrə necə şərh verəcəyini bilmir.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Açığı, təəccüblü qalmışam. Belə absurd bir düşüncəyə nə cür münasibət bildirmək olar? Axı tibbdə təcili və planlı əməliyyatlar anlayışı var. Planlı əməliyyatlar zamanı həkimlər səhərdən axşama qədər boş oturub, sonra da axşam saat 18:00-dan sonra əməliyyata başlaya bilməzlər. Onlar iş vaxtı ərzində öz işlərini yerinə yetirir və bunu da normal qaydada, vaxtında tamamlayırlar. Odur ki, “Saat 18:00-dan sonra xəstə əməliyyat etmək olmaz” kimi bir anlayışın haradan qaynaqlandığını heç cür anlaya bilmirəm”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*