Deputatın Xankəndidə ofis açmasına REAKSİYA: “Ermənilər bilsinlər ki, Azərbaycanda azlıq onlardır”backend

Deputatın Xankəndidə ofis açmasına REAKSİYA: “Ermənilər bilsinlər ki, Azərbaycanda azlıq onlardır”

Xankəndidən olan millət vəkili Tural Gəncəliyev ofisinin təmsil etdiyi şəhərdə (Xankəndi) fəaliyyət göstərəcəyini deyib. O bildirib ki, hazırda Xankəndidə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir. Millət vəkilinin bu açıqlaması sosial şəbəkələrin erməni seqmentində böyük səs-küy yaradıb.

Bakı Politoloqlar Klubunun sədri, siyasi şərhçi Zaur Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, Xankəndidə deputatının ofisi açıla bilər, icmanın deyil: “Dağlıq Qarabağ olmadığı kimi, onun icmaları da olmamalıdır. Azərbaycan bütövdür və azərbaycanlılar unitar dövlətin heç bir güşəsində icma deyillər.

Zaur Məmmədov

Amma, Xankəndini, Hadrutu təmsil edən deputatın digər rayonları təmsil edən millət vəkilləri kimi ofisi olmalıdır. Ermənilər bilsinlər ki, unitar Azərbaycanda azlıq onlardır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*