Deputatların tətili bitir, iclaslar başlayırbackend

Deputatların tətili bitir, iclaslar başlayır

Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

KONKRET.az xəbər verir ki, ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitir.

Bu həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*