Deputatlığa namizəd Vəfa Nağı sərbəst buraxıldı – YENİLƏNİBbackend

Deputatlığa namizəd Vəfa Nağı sərbəst buraxıldı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, deputatlığa namizəd olan Vəfa Nağı, jurnalist Şəhla Kərim Neftçala rayon polisi tərəfindən saxlanılmışdı.

KONKRET.az xəbər verir ki, artıq Şəhla Kərim və Vəfa Nağı sərbəst buraxılıb.

20:23

Deputatlığa namizəd olan Vəfa Nağı, jurnalist Şəhla Kərim Neftçala polisi tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Fərid İsmayılov özünün facebook səhifəsində yazıb.

Xatırladaq ki, Vəfa Nağı 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuşdu. Onun bu dairədə rəqibləri Sevinc Ağayeva, Fərhad Baxışov, Qaraş Əliyev, Mircəlal Həmzəyev, Razim Kərimov, Susana Məmmədova, Qəhrəman Tahirov, Tənzilə Rüstəmxanlı idi. Artıq açıqlanmış ilkin nəticələrə görə, Tənzilə Rüstəmxanlı sözügedən dairədə 50.2% səslə liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*