“Dərslər sentyabrın 1-də başlayıb mayın 31-də başa çatmalıdır, imtahanlar isə…” – Qaydalar dəyişir?backend

"Dərslər sentyabrın 1-də başlayıb mayın 31-də başa çatmalıdır, imtahanlar isə..." - Qaydalar dəyişir?

“Tədris ili iyunun 14-də “Son zəng” tədbiri ilə başa çatır. Adətən dərslərin qiymətləndirilməsi başa çatdıqdan sonra dərsliklərin toplanması prosesi iyunun 11-i, 12-si və ya 13-ü həyata keçirilməlidir. Lakin buraxılış imtahanlarının tədris ilinin başa çatmasına hələ 12–14 həftə qalmış mart və aprel aylarında keçirilməsi məktəblərdə təhsil mühitinin zəifləməsinə səbəb olur”.

Bu fikirləri Təhsil eksperti Elşən Qafarov KONKRET.az-a açıqlamasında bildirib.

Elşən Qafarov: "Təəssüfedici haldır ki, Etibar Əliyev qanunverici orqanda  təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər..." Pravda.az

“Şagirdlər imtahanlardan sonra dərsə gəlmirlər, bu isə dərsliklərin vaxtında və tam şəkildə toplanmasında ciddi problemlər yaradır. May ayından etibarən bəzi məktəblər artıq kitabları toplamağa başlayır, çünki iyun ayında şagirdlərin məktəbə gəlməsi nadir hal alır və davamiyyət xeyli aşağı düşür. Nəticədə dərsliklərin qaytarılması çətinləşir, Bəziləri kitabları itirir, digərləri isə korlayır. Bu da müəllimləri və məktəb rəhbərliyini valideynlərlə üz-üzə qoyur”.

Ekspert qeyd edir ki, əslində dərsliklərin toplanması, tədris prosesinin faktiki olaraq başa çatması deməkdir.

“Bu isə o deməkdir ki, artıq may ayından etibarən dərslər dayanır. Doğrudur, bir çox məktəblərdə bu proses məktəb rəhbərlərinin peşəkarlığı sayəsində daha az itki ilə keçir. Lakin bu, bütün məktəblərə aid edilə bilməz.

Buna görə də tədris ilinin müddəti ilə bağlı qərar verilməsi vacibdir. Düşünürəm ki, dərslər sentyabrın 1-də başlasın və mayın 31-də başa çatsın. İmtahanlar isə iyun ayına təyin edilsin. Belə olduqda aktiv dərslər bitdikdən sonra dərsliklərin toplanması daha sistemli şəkildə həyata keçirilər və nə müəllimlər, nə də valideynlər çətin vəziyyətdə qalar”.

E. Qafarov sonda əlavə etdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının mart və aprel aylarında deyil, iyunun birinci yarısında keçirilməsi daha məqsədəuyğun olardı.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*