Dərslər yaxınlaşır, sərt karantin rejimi avqustun 5-dən sonra yumşaldıla bilərmi? – Hamı bu sualın cavabını gözləyirbackend

Dərslər yaxınlaşır, sərt karantin rejimi avqustun 5-dən sonra yumşaldıla bilərmi? - Hamı bu sualın cavabını gözləyir

Xəbər verdiyimiz kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq avqustun 5-nə sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejimi avqustun 5-dən sonra yumşaldıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov son günlərin statistikasının sevindirci olduğunu bildirib:

“Sağalanların sayı yoluxanlardan çoxdur. Çox yaxşı haldır. Əbəttə, bu, heç kimi arxayın salmamalıdır. Yoluxanların sayı azalıbsa, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Hələ ki, vaksin və peyvənd olmadığı üçün koronavirus bizimlə yaşayır. Hər kəs öz şəxsi gigiyenasına fikir verməli, qoyulan qaydalara əməl etməlidir. Azalma o demək deyil ki, birbaşa yumşalma qaydalarına keçmək olar. Əlbəttə Operativ Qərargah ümumilikdə bütün bu məsələləri araşdırır. Sərt karantin qaydaları tədbiq olunduğu üçün yoluxmaların sayında azalma var. Əlbəttə, yumşalmalar nəzərdə tutulur. Bunu Operativ Qərargah keçirdiyi brifinqlərdə də söyləyib. Avqustun 5-dən sonra yumşalmaların olması gözlənilir. Təhsil və digər iaşə sahələrində müəyyən qaydalar tədbiq edildikdən sonra müəyyən yumşalmalara gedilə bilər. Çünki qorxulu virus hələ yoxa çıxmayıb. Amma avqustun 5-dən sonra bu rəqəmlər bu cür davam edərsə, sağalanların sayı yoluxanlardan daha çox olarsa, dinamika bu cür müsbətə doğru gedərsə, avqustun 5-dən sonra yumşalmalar ola bilər. Əlbəttə bu, Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Düşünürəm ki, bütün sahələrdə qaydalar müəyyən edilməlidir. Tədbiq edilən qaydalara əməl edilməsə, yoluxmalar yenidən arta bilər. Bu gün bir çox ölkələrdə, hətta çimərliklər açılıb. Amma qısa bir müddət sonra yoluxma artdığına görə yumşalmalar daha sərt qaydalarla əvəz edildi. Bu virusla mübarizə ancaq insanlar özlərini qoruyarsa və qoyulan qaydalara əməl edərlərsə, mümkün ola bilər. Çünki vaksin və peyvənd tapılmayana kimi bu virus bizimlədir. Hər bir vətəndaş öz-özünün həkimi olmalıdır. Düşünürəm ki, kütləvi tədbirlər üçün qoyulan qadağalar bir müddət də davam etməlidir”.

Deputat qeyd edib ki, ən təhlükəli məsələ təhsilin başlanmasından sonra ola bilər:

“Həm orta, həm də ali məktəblərdə şagirdlər və tələbələr kütləvi şəkildə toplaşacaqdır. Burada yeni qaydalar işlənməlidir. Əgər yoluxmada sabitlik olarsa, sentyabrın 15-dən sonra dərslər başlaya bilər. Virusun sürətlə yayılma yeri insanların kütləvi toplaşdığı yerlərdir. Ona görə də müəyyən qaydalara əməl edilməsə. təhsil sahəsi üçün ağır ola bilər. Təbii ki, dərslər açılana kimi Operativ Qərargahın nümayəndələri bununla bağlı qaydalar hazırlayacaq. Təhsil müəssisələrində sosial məsafələr qorunmalıdır. Müəllim və şagirdlərin hərarəti ölçülməlidir. Ondan sonra məktəbə buraxıla bilərlər. Bir sözlə, bu virusun peyvəndi tapılana kimi hər birimiz sağlamlığımızı qorumalıyıq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*