“Diamond Princess” kruiz gəmisi koronavirusdan təmizləndibackend

"Diamond Princess" kruiz gəmisi koronavirusdan təmizləndi

“Diamond Princess” kruiz gəmisində dezinfeksiya işləri başa çatdırılıb.

KONKRET.az xəbər verir ki, məlumatı Kyodo nəşri yayıb.

Məlumata görə, gəmi martın 25-də Yaponiyanın Yokohama limanını tərk edəcək.

Mənbə koronavirusa yoluxmuş “Diamond Princess” kruiz gəmisinin sərnişinlərinin və heyətinin yarısının sınaq zamanı əlamətlərinin olmadığını yazıb.

Ümumilikdə 712 nəfərdə infeksiya aşkarlanıb. Onlardan 331-də xəstəlik ciddi olmayıb.

Xatırladaq ki, layner 20 yanvarda Yokohamadan ayrılıb və 3 fevralda oraya qayıdıb. Gəmidə Rusiya da daxil olmaqla müxtəlif ölkələrdən 3700 nəfər olub.

Limana çatdıqdan sonra iki həftə boyunca karantində qalıb. Gəmidə olan sərnişinlərdən 10 nəfər koronavirusdan ölüb.

Bu günə qədər dünyada 422 mindən çox insan koronavirusa yoluxub, 18,9 mindən çox adam ölüb, 108 mindən çox insan sağalıb. Rusiyada xəstəliyin 495 halı qeydə alınıb. 22 nəfər karantin üçün evə buraxılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*