Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyevlə video yayımlayıb.
KONKRET.az-ın Milli.Az-a istinadən məlumatına görə aktyor səhhəti ilə bağlı açıqlama verib
“Çox yaxşı, əlayam. Enerjim, həvəsim yerindədir. Əvvəlkindən də yaxşıyam” deyə, o, bildirib.
Qeyd edək ki, Vüsal 2 ay əvvəl beyindaxili qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, müalicə aldıqdan sonra evə buraxılmışdı.