Dilicanda 9 mərtəbəli bina əyilib, hər an çökə bilər –  36 ailə qorxu içində yaşayırbackend

Dilicanda 9 mərtəbəli bina əyilib, hər an çökə bilər - 36 ailə qorxu içində yaşayır

Ermənistanın Dilican şəhərində 9 mərtəbəli bina əyilib, hər an çökə bilər. Bu baxımdan 36 ailə qorxu içində yaşayır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Dilican şəhəri Şamaxıyan küçəsi 1a ünvanında yerləşən binanın zirzəmisinə uzun illərdir ki, yağış suları daxil olur. Bina artıq əyilib və çökə bilər. Sakinlər qaynar xəttə, hökumətə və Paşinyanla əlaqə saxlasalar da, nəticəsi olmayıb.
Dilican rəhbərliyi kanalizasiya sistemini açmaq üçün uzun borularının olmadığını bildirib.
Hesab edirlər ki, bu binanın problemi “Veolia Jur” şirkətinin işidir. Şirkət isə deyir ki, bu, şəhər administrasiyasının məsuliyyətinə daxildir”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*