DİN-dən bayramla bağlı əhaliyə müraciət – Videobackend

DİN-dən bayramla bağlı əhaliyə müraciət - Video

DİN Qurban bayramı ilə əlaqədar müraciət edib.

KONKRET.az müraciətin mətnini təqdim edir:

“Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.

Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq:

Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;

Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;

Mümkün olduqda səhər saatlarında yola çıxın;

Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;

Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;

Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;

Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.

Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*