DİN-dən Gəncədə polislərin düşdüyü qəza ilə bağlı AÇIQLAMAbackend

DİN-dən Gəncədə polislərin düşdüyü qəza ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

“Bu gün – noyabrın 24-də saat 07 30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*