DİN-dən qızını qətlə yetirib sonra intihar edən ata ilə bağlı AÇIQLAMAbackend

DİN-dən qızını qətlə yetirib sonra intihar edən ata ilə bağlı AÇIQLAMA

Salyanda qızını amansızlıqla qətlə yetirən şəxsin evindən tüfəng götürülüb.

KONKRET.az xəbər evrir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən saat 10:00 radələrində Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*