DİN-dən Şəmkirdə yandırılan evlərlə bağlı rəsmi AÇIQLAMAbackend

DİN-dən Şəmkirdə yandırılan evlərlə bağlı rəsmi AÇIQLAMA

Son günlər Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində evlərin, eləcə də bəzi tikililərin yandırılması faktı ilə rəsmi şəkildə araşdırma başlanılıb.

Bu barədə KONKRET.azın Gəncə-Qazax Bürosuna Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupunun Baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hələlik bu insidentə görə saxlanılan yoxdur.

“Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb. Heç bir şəxs və ya şəxslər saxlanılmayıb. İçtimaiyyətə əlavə məlumat veriləcək.”

Xatırladaq ki, son bir neçə gündür Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində vətəndaşlara məxsus evlərin yandırılmasına cəhd olunub. Bundan əlavə kənd sakinlərinin mal-qara tövlələri yandırılıb.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*