DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDIbackend

DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar rayonu ərazisində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

S.Yaqubov saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*