Bir sıra ictimai iaşə obyektlərinin və məktəblərin açılması, Bakının əbədi və əzəli tıxac problemini yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, hazırda paytaxtın Koroğlu metrostansiyası və Ziya Bünyadov prospekti istiqamətində, “Dərnəgül” şosesində güclü tıxac müşahidə edilir. Sözügedən ərazidə demək olar ki hərəkət dayanıb. Bu isə vaxt itkisi və yanacaq sərfiyyatının artması deməkdir.
Qeyd edək ki, hazırda günün pik saatı olmasa da, şəhərin müxtəlif küçə və prospektlərində böyük tıxac müşahidə edilir. Odur ki, insanların işdən çıxdığı pik saatlarda hərəkətin tamamilə iflic olacağı istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az