Bəzi fakültələrin plan yeri azaldılıb. Buna görə də pedoqoji ixtisaslara qəbul balları arta bilər.
KONKRET.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, yaranan vəziyyət daha çox üçüncü qruplara təsir edə bilər.
Ekspert deyir ki, pedoqoji fəaliyyətin plan yerlərinin azaldılması istər-istəməz oranı seçən abituriyentlərin balına təsir edəcək. Məsələn, ötən il 300 balla ibtidai sinif müəllimliyi ixtisasını seçmək mümkün idi, lakin bu il bunun üçün minimum bal 350-400 tələb olunur.
Üçüncü qrupda məhz məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi, dil və ədəbiyyat müəllimliyi və yaxud da digər ingilisdilli filologiya ixtisaslarında plan yerləri azaldılacaq. Buna görə də ixtisaslara qəbul balları artacaq.
Daha ətraflı süjetdə: