DİQQƏT: Bu şəxslərin maaşı ikiqat ödənilirbackend

DİQQƏT: Bu şəxslərin maaşı ikiqat ödənilir

“Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçi gecə saat 22:00-dan səhər 06:00-dək işlədiyi halda ona verilən əmək haqqı artırılmış məbləğdə ödənilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov səsləndirib.

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Əlavə çağırıldıqda isə işçiyə normal saatlıq işinin 2 misli qədər pul ödənilir. Məsələn, aylıq əmək haqqını bir iş saatına böləndə işçiyə 10 manat düşürsə, o zaman bu məbləğ əlavə işlədiyi saata görə 2 qat artıq ödənilməlidir. İstirahət və bayram günlərində əlavə işə gəldikdə isə, Əmək Məcəlləsinə əsasən, buna görə də işçiyə 2 qat əmək haqqı ödənilir.”

Hüquqşünas qeyd edir ki, işçinin sağlamlıq üçün zərərli və həyati təhlükəli fəaliyyətinə gəlincə, burada ona komissiya verilməli, əlavə pul və konpensansiya ödənilməlidir.

“Bildiyimiz kimi, müəllimlər ucqar kənd yerlərində, rayon mərkəzi ilə xeyli uzaq məsafədə olan ərazilərdə işlədikdə, buna görə onlara əlavə H1 və H2 həvəsləndirmə, yəni maaşa əlavə tətbiq olunur.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*