ABŞ-da aparılan araşdırmaya görə, tez-tez evdən kənarda yemək yeyənlər PFAS, BPA və ftalat kimi zərərli kimyəvi maddələrə daha çox məruz qalırlar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat zamanı iştirakçıların son 1 gün, 1 həftə və 1 ildə yedikləri yemək barədə anket tərtib olunub.
Nəticədə iştirakçıların qan nümunələri müayinə edilib. Məlum olub ki, evdə yemək yeyənlərə nisbətən, çöldə qidalananların qanında daha çox kimyəvi maddə var.
Mütəxəssislər, evdə hazırlanan yeməklərin restoranda hazırlanan yeməklərdən daha sağlam olduğunu və tərkibində az PFAS olduğunu bildirib.
Restoranlarda hazırlanan yeməklərin, xüsusilə saxlama mərhələsində daha çox zərərli kimyəvi maddələrə məruz qaldığı qeyd edilib.
Qablaşdırılan və saxlanan qida məhsullarının tərkibində bisfenol və və ftalat kimi digər kimyəvi maddələrin olduğu deyilir.
Hazırladı: Günel MUSEYİB