DİQQƏT: Qrip, yoxsa soyuqdəymə? – Bu xəstəlikləri hələ də bir-birindən ayıra bilmirikbackend

DİQQƏT: Qrip, yoxsa soyuqdəymə? - Bu xəstəlikləri hələ də bir-birindən ayıra bilmirik

Soyuqdəymə və qrip arasında fərqi çox zaman bilmirik. Konkret.az xarici mediaya istinadən iki xəstəlik arasında dəqiq fərqləri yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis Rəşid Mıstıkın təqdimatında nəzərinizə çatdırır.

Soyuqdəymə və qripin fərqli xəstəliklər olduqlarını vurğulayan professor qeyd edib ki, bu, yuxarı tənəffüs yollarının, burun, boğaz və traxeyanın infeksiya forması olsa da, xəstəliklər arasında ciddi fərqlər var.

“Soyuqdəymədən qorunmanın yolu olduqca azdır”, – deyən alim bildirib ki, 115-dən çox soyuqdəymə növü var. Soyuqdəyməyə səbəb olan yüzlərlə virus var.

“Yuxarı tənəffüs yollarında, yəni qulaq, burun və boğazda viruslar səbəb olan xəstəliklərə “soyuqdəymə” deyirik. Hər insan həyatı boyunca dəfələrlə soyudəymədən əziyyət çəkir. İmmunitet sistemimiz hazırlıqlı olmasa, soyuqdəyməyə daha tez-tez tutularıq”

Xəstələrin burunları axmağa ya asqırması olanda bu əlamətlərin qrip olduqlarını düşünürük deyən həkim əslində bunun soyuqdəyməyə aid olduğunu vurğulayıb: “Qrip 2-4 gün ərzində aradan qaldırıla bilər və 10 günə qədər davam edə bilər. Soyuqdəyməni ayaqüstə keçirtmək olar, qrip olan insanlar isə xəstəxanaya müraciət etməli olurlar”.

Qrip həkim və dərman dəstəyi olmadan çətin keçir. Bu xəstəlik payız və qış aylarında daha çox müşahidə edilir, soyuqdəymə isə hər mövsümdə olur. Qrip sətəlcəmə çevrilə bilər, soyuqdəymədə isə bu ehtimal çox azdır. Qrip əzələ ağrılarıyla keçir, soyuqdəymədə isə bu hallar müşahidə olunmur. Qripdə qusma olmur, soyuqdəymə olan adamlarda isə ürəkbulanma və qusma hallarına rast gəlinir. Hər iki xəstəliyin əsas ümumi xassəsi virusun burun və ya ağız vasitəsilə ötürülməsidir. Öskürmə, asqırma və boğaz ağrıları da hər iki xəstəlikdə müşahidə olunur.

Mütəxəssis onu da vurğulayıb ki, soyuqdəymə bütün mövsümlərdə rast gəlinsə də, qripə yalnız payız və qış aylarında daha çox rast gəlmək olur.

 

Hazırladı: Leyla Şirməmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*