DİQQƏT: Rəsmi qaydada yalnız bu halda yaşınızı azalda bilərsinizbackend

DİQQƏT: Rəsmi qaydada yalnız bu halda yaşınızı azalda bilərsiniz

“Azərbaycanda şəxsin yaşını rəsmi sənədlərdə azaltmaq mümkün deyil”.

Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə məlumat verib.

Turan Abdullazadə

Onun sözlərinə görə, yaşı azaltmaq ümumiyyətlə mümkün deyil. Yalnız Ailə Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan istisna mövcuddur:

“Həmin maddəyə əsasən, övladlığa götürmənin gizli saxlanılması məqsədilə uşağın doğum tarixi 3 ayadək dəyişdirilə bilər. Bu dəyişikliyin isə yalnız uşaq 1 yaşına çatana qədər tətbiq edilməsi mümkündür”.

Hüquqşünas əlavə edib ki, bundan başqa, doğum tarixində hər hansı yanlışlıq olarsa və bu fakt sübut edilərsə, tarix dəyişdirilər:

“Əks halda, yaşın azaldılması hüquqi cəhətdən mümkünsüzdür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*