Direktorların işə qəbulunda sertifikasiya nəticələri nəzərə alınacaq.
KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O qeyd edib ki, direktor müavinlərinin işə qəbulu zamanı imtahanda topladıqları balla yanaşı, müəssisə rəhbərliyinin rəyi də nəzərə alınacaq.