Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə həbs cəzasıbackend

Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə həbs cəzası

İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müayinə zamanı onların üç uşağında dəhşətli diş çürüməsi aşkarlayıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, valideynlər övladlarının ağız gigiyenasına düzgün nəzarət etmədikləri üçün həbs cəzasına məhkum ediliblər.

Boras şəhərindəki dövlət stomatoloji xidmətinin diş həkimi uşaqların dişlərinin vəziyyətinin “dəhşətli” olduğunu vurğulayıb. Onun sözlərinə görə, ağızda kariyes olan dişlər “qorxunc” görünürdü və bəzi dişləri çıxarmaq lazım idi.

Prosedurdan sonra diş həkimi vəziyyəti yerli polisə bildirib.

Məhkəmə prosesində valideynlər günahlarını inkar ediblər. Müdafiə tərəfinin sözlərinə görə, uşaqların istər anası, istərsə də atası kariyesin nə qədər təhlükəli ola biləcəyini başa düşməyiblər. Lakin rayon məhkəməsi onları təqsirli bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*