“Disney” koronavirusa görə obyektlərini bağlayırbackend

“Disney” koronavirusa görə obyektlərini bağlayır

“Disney” şirkəti koronavirusun yayılması səbəbi ilə Şimali Amerikadakı mağazalar və hotellərinin müvəqqəti bağlanacağını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin “Twitter”də yayımladığı bəyanatda deyilir.

Bildirilib ki, statların qaydalarına və federal qaydalara uyğun olaraq qonaqlarımızın və işçilərimizin maraqlarını əsas tutaraq martın 17-dən etibarən Şimali Amerikadakı bütün “Disney” mağazalarını bağlayırıq: “Martın 20-dən isə hotellərimiz bağlanacaq”.

Eyni zamanda, göstərilib ki, istəyənlər “Disney”in onlayn mağazalarında alış-veriş edə bilərlər.

Qeyd edək ki, şirkət daha əvvəl Florida ştatındakı və Paris ətrafındakı “Disneyland”lərin koronavirus təhlükəsi səbəbi ilə bağlandığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*