“Dmanisidə baş verənlər erməni-rus təxribatıdır” – AÇIQLAMAbackend

“Dmanisidə baş verənlər erməni-rus təxribatıdır” - AÇIQLAMA

“Əziz Gürcüstanlı Həmyerlilərim! Dmanisidə baş verənləri diqqətlə izləyirəm. Baş verənlərin erməni-rus təxribatı olduğuna heç bir şübhəm yoxdur”.

Bu barədə KONKRET.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. O qeyd edib ki, 2020-ci il Qarabağdakı 44 günlük uğurlarımızı heç kim həzm edə bilmir: “Uzun illər onlar bizi saymamışdılar. İndi isə şanlı ordumuz Azərbaycanın güclü və özünü qorumağı bacaran dövlət olduğunu hamıya, xüsusilə region ölkələrinə göstərdi. Hamınızdan xahiş edirəm, heç təxribata uymayın. Nə olursa olsun tam sakitliyə riayyət edin. Əminəm ki, Azərbaycan və Gürcüstan hakimiyyətləri baş verən təxribatı diqqətlə izləyir və lazımı tədbirləri görəcək. İndi isə hamınızdan əsəblərinizi qorumağı və sakitlik yaratmağı xahiş edirəm”.

Aslan İsmayılov: “Murovda qulluq çəkənlərin tüpürcəyi yerə düşəndə  çaqqıldayır”

Qeyd edək ki, bu gün Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxs orada yaşan azərbaycanlılara hücum ediblər.  həmyerlilərimizin sözlərinə görə, həmin şəxslər azərbaycanlılara və müsəlmanlara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr işlədiblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*