Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev miqrasiya məsələlərinə həsr olunmuş iclasda çıxış edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, etnik anklavlarının ekstremizmin yuvasına çevrilə biləcəyi barədə bəyanat verib. Medvedevin sözlərinə görə, belə anklavların yaranma riski Rusiya Federasiyasına gələn əcnəbi vətəndaşların işləməməsi, təhsil almaması və Rusiya qanunlarına riayət etmək istəməməsi halında ortaya çıxır:
“Əməkçi miqrantların ailə üzvlərinin uzun müddət ölkədə qalması ölkəmizin sosial sahəsinə çox ciddi yük yaradır. Bir sıra hallarda bu, millətlərarası münasibətlərdə gərginliyə səbəb olur”, – deyə Medvedev qeyd edib.
Vəli Həsənov,
KONKRET.az