Dmitri Peskov: “Karlson ancaq uça bilər”backend

Dmitri Peskov: "Karlson ancaq uça bilər"

“Məşhur amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinin dekabrın 19-da baş tutacaq böyük mətbuat konfransında iştirak etməyəcək”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib: “Xeyr, o gəlməyəcək” deyən Peskov müvafiq suala cavab verib və zarafatla əlavə edib ki, Karlson ancaq uça bilər. Xatırladaq ki, bu ilin fevralında Vladimir Putin Moskvada Taker Karlsona uzun müsahibə vermişdi . Təxminən iki saat davam edən müsahibədə Rusiya prezidenti 60-a yaxın sualı cavablandırmışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*