Dmitri Roqozin Ukraynada yaralandı – VİDEObackend

Dmitri Roqozin Ukraynada yaralandı - VİDEO

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin işğal altında olan Donetsk vilayətinin Leninski rayonunda yaralanıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, o, ad gününü qeyd etdiyi “Şeş-Beş” hotelinin atəşə tutulması zamanı xəsarət alıb.

Roqozin kürək nahiyəsindən yaralanıb və xəstəxanaya çatdırılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

“Zərbələr 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusundan dəqiq idarə olunan döyüş sursatları ilə həyata keçirilib”, – Roqozinin köməkçisi bildirib.

Onun sözlərinə görə, siyasətçini müşayiət edən şəxslər və hotel işçiləri də müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 15-də Dmitri Roqozini “Roskosmos”un baş direktoru vəzifəsindən azad edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*