DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürdübackend

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürdü

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Bu barədə KONKRET.az-a DMX-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Xidmətin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*