Dneprin yaxınlığında arxeoloqlar qədim şəhər tapdılar – FOTOLARbackend

Dneprin yaxınlığında arxeoloqlar qədim şəhər tapdılar - FOTOLAR

Ukraynanın Dnepropetrovsk bölgəsində Samarovka qəsəbəsi yaxınlığında arxeoloqlar 18-ci əsrin qədim bir şəhərin qalıqlarını aşkar ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Novomoskovsk diyarşünaslıq muzeyinin direktoru Konstantin Meşko “Facebook”un “Samar.History” qrupunda məlumat verib.

Qazıntılar zamanı xarakterik keramika, qəliblər və sümüklər tapılıb.

Meşkoya görə, bu ərazidə Yekaterinoslav şəhərinin inşasına 1776-cı ildə başlanıb. Ancaq tezliklə məlum olub ki, şəhər yaşayış üçün yararsızdır, dağətəyi ərazidə yerləşdiyinə görə daşqınlar onu tez-tez su altında qoyurdu.

facebook.com/groups/samar.history

Tarixçi deyir ki, 1886-cı ildə Şahzadə Qriqori Potemkinin fərmanı ilə Yekaterinoslav dağlıq ərazilərdən Dneprin sağ sahilinə, qədim kazak yaşayış məntəqəsi Polovitsa köçürülüb.

Eyni zamanda, Yekaterinoslavın orijinal yerindəki qəsəbə dağılmayıb və Novomoskovsk adlandırılıb. Ancaq getdikcə daha çox insan şəhəri tərk edib. 1794-cü ildə yaşayış məntəqəsi kazak qəsəbəsi Novoselitsanın yerinə köçürülüb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*