Dollarla bağlı hər kəsi düşündürən ŞOK PROQNOZ – Mütəxəssislər AÇIQLADIbackend

Dollarla bağlı hər kəsi düşündürən ŞOK PROQNOZ - Mütəxəssislər AÇIQLADI

Dollar qlobal ehtiyat valyuta statusunu itirəcək.

Konkret.az Publika.az-a istinadən xəbər verir ki, bunu dünyanın ən böyük sərmayə banklarından olan JP Morgan açıqlayıb.

Bankın birja, əmtəə və faiz strategiyası mütəxəssisi Kreyq Kohen “Dollar həddən artıq olan imtiyazının sonuna yaxınlaşır?” adlı məqaləsində dolların 100 ilə yaxındır qlobal ehtiyat valyuta olduğunu və sadəcə amerikalıların deyil, dünyanın hər yerində bir çox sərmayəçinin portfelində məhz bu valyutaya üstünlük verdiyini bildirib: “Lakin dolların dünyaya hakim valyuta olması xüsusiyyətini itirəcəyinə inanırıq. Struktur səbəbləri və dövri maneələr səbəbilə yaxın zamanda dəyərini itirəcək”.

Kohen qeyd edib ki, dollar ehtiyat valyuta statusunu düşünüldüyü kimi “1944 Bretton Woods” andlaşması ilə deyil, daha çox 1913-cü ildə ABŞ Mərkəzi Bankının qurulması ilə əldə edib. Növbəti illərdə Amerikanın daimi hala gələn xarici çatışmazlıqları dünya miqyasında keçərli pul olan dolları basaraq və daim borclanaraq idxalatla məşğul olaraq bağlayıb.

Yüksələn Asiya

“Dollar hakim statusunu daim qoruyub saxlayaq deyə bir reallıq yoxdur. Əksinə, minlərlə il əvvələ baxdığımızda dünyada “iqtisadi mərkəz” dəyişdikcə beynəlxalq hakim valyutanın də dəyişdiyini görürük. II Dünya Müharibəsindən sonra ABŞ qlobal istehsalın 25%-ni təşkil edirdi. Qərbi Avropa qüvvələrini də əlavə edəndə bu rəqəm 40-a çatırdı. Həmin dövrdən sonra iqtisadi dirçəlişin itələyici qüvvəsi ABŞ və Qərb əleyhinə, Asiyaya doğru istiqamətləndi. Yüksək böyümə və qətiyyətli reformasiya ilə Çin bu iqtisadi dəyişikliyin mərkəzində yer alır. Son 70 ildə Çin dünya miqyasında istehsal payını 4 qat artırıb və 20% səviyyəsinə (ABŞ ilə eyni) çatdırıb. Bu sahədə genişlənməsi də gözlənilir”.

Mütəxəssis bildirib ki, Çin artıq sadəcə aşağı büdcəli məhsullar istehsal edən bir istehsalçı deyil: “Son dövrlərdə texnologiya kimi dəyərli sektorlara diqqət yetirilir. Çindən başqa, Hindistan da daxil olmaqla, Cənubi Asiya ölkələrinin də gənc əhalisi və daim artan texnoloji təcrübələri sayəsində böyümə performansları göstərir. Qərbdə Türkiyə və Ərəb yarımadası ilə başlayıb şərqdə Yapniya və Yeni Zelandiyaya qədər uzanan, şimalda Rusiyadan cənubda Avstraliyaya qədər gedib çatan “Asiya İqtisadi Bölgəsi”nin qlobal istehsal kütləsi 50% olub. 2015-2030-cu illər dövründə əməl gələcəyi təxmin edilən 30 trilyon dollarlıq orta sinif istehlak böyüməsinin sadəcə 1 trilyon dollarını Qərbdən gəlməsi gözlənilir. Gələcək illərdə dünya iqtisadiyyatının ABŞ mərkəzli və dollar hakimiyyətində olan bir sistemdən Asiyanın daha çox güc sahibi olduğu yeni bir sistemə keçəcəyi düşünülür. Valyuta sahəsində bu, dolların digər valyutalar və qızıl kimi əmtəələrdən yaranan birja səbətinə qarşı dəyərini itirəcəyi anlamına gəlir”.

Dollar qlobal hakimiyyətini çoxdan itirməyə başlayıb

Kreyq Kohenin fikrincə, bankların ehtiyatda saxladıqları dollar miqdarına baxılanda dəyişikliyin çoxdan başladığını görmək olar: “Xüsusilə, 2008-ci il böhranından sonra dünya mərkəzi banklarının ehtiyatlarındakı dolların miqdarı 64%-dən 55%-ə düşüb. Avronun tədavülə girdiyi 1999-cu ildən bu yana ilk dəfə dünya mərkəzi bankları eyni anda dollar satıb avro almağa başlayıb. Qızıl alışı da rekord səviyyəyə məhz indi çatıb. 2018-ci ildə qızıl mərkəzi banklardan 1971-ci ildən bu yana ən yüksək tələbi görüb. Ard-arda 4 rüb yaşanan qızıl alış-verişləri isə qeydlərdə yer alan ən yüksək rekord səviyyəyə çatıb. Bu, məntiqlidir. Onu dəstəkləyən insanlar arasında minillik etibarlılığını saxlayan qızıl qətiyyəli şəkildə dəyər qaynağıdır”.

Ən yaxşı sərmayə

“Ticarət müharibələri” kimi siyasətlərin dünyada dolların istifadəsini daha da azalda biləcəyini qeyd edən mütəxəssis hər gün fərqli ölkələrin dolları kənarlaşdıran yeni ödəniş sistemləri qurduğunu bildirib: “Müştəri portfelini tanıyanda bir çoxunun bizim düşündüyümüzdən daha çox dollar pozisiyasını tutduqlarını görürük. İqtisadi periodun bu nöqtəsində portfellərin bu sahəsinin daha çeşidləndirilmiş olması lazımdır. Bizim tövisyəmiz G10 valyutalarına, Asiya valyutalarına və qızıla üstünlük verməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*