Donald Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdıbackend

Tramp Beyrutdakı partlayışı "dəhşətli hücum" adlandırdı

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Livan partlayışını “dəhşətli hücum” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Deyəsən, bu, dəhşətli bir “hücum” idi. Beyrutda baş verən böyük partlayış nəticəsində çox sayda insan öldü və yüzlərlə insan ağır yaralandı. Qurbanlara dua edirik. ABŞ Livana kömək etməyə hazırdır”. Tramp belə deyib.

Ancaq mənbə partlayışın əsas versiyasının terror hücumu olmadığını deyir: “Beyrut limanında partlayıcı maddə təsadüfən partlayıb”.

Çərşənbə axşamı Beyrut limanı bölgəsində güclü partlayış baş verib. Şəhərin qubernatorunun sözlərinə görə, şəhər binalarının yarısı zədələnib,  xəstəxanalar yaralılarla doludur.

Səhiyyə Nazirliyinin son məlumatına görə, 4 mindən çox insan yaralanıb, 78 nəfər ölüb. Ölkənin ümumi təhlükəsizlik xidmətinin rəhbəri general Abbas İbrahim limanda uzun müddət saxlanılan partlayıcı maddələrin partladıldığını söyləyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*