Donald Tramp demokratlara səs verən yəhudiləri vəfasız adlandırdıbackend

Donald Tramp demokratlara səs verən yəhudiləri vəfasız adlandırdı

ABŞ prezidenti Donald Tramp ölkədə yaşayan yəhudi xalqının demokratlar haqqında daha məlumatlı olması gərəkdiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlər qarşısında bildirib.

Siyasi müşahidəçilər prezidentin Nümayəndələr palatasının Minnesota ştatından olan üzvü İlhan Ömər və Miçiqan ştatının təmsilçisi Rəşidə Tleyblə olan düşmənçiliyini daha da dərinləşdirmək istədiyinə diqqət çəkirlər.

Məlum olduğu kimi, adı çəkilən qanunvericilər İsrailin Fələstin siyasətini sərt şəkildə tənqid etmələri ilə tanınırlar.

“Demokrat partiyası hara baxır? Onlar İsraili bu iki insandan necə qoruyur?”,-deyə Donald Tramp sual edib.

ABŞ liderinin fikrincə, Demokrat partiyasına səs verən istənilən amerikalı yəhudinin “ya heç bir şeydən xəbəri yoxdur”, “ya da çox böyük nankor və vəfasızdır”.

Xatırladaq ki, Donald Tramp bu yaxınlarda İsrailə getmək niyyətlərini bəyan edən Somali əsilli İlhan Ömər və Fələstin kökənli Rəşidə Tleybin İsrailə buraxılmamalı olduqlarını söyləyib və onları təhqir edərək “rəzil” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*