Donald Tramp gələn həftə vəzifəsinin icrasına başladıqdan sonra Vladimir Putinlə görüşmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, “Newsmax”a müsahibəsində Tramp görüşün tarixini dəqiqləşdirməyib. Onun sözlərinə görə, görüşü sürətləndirmək və münaqişəni həll etmək istəyi döyüş meydanında çoxlu insan tələfatı ilə şərtlənir. Müharibəyə son qoymaq strategiyası ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, yalnız bir strategiya var və bu da, Putindən asılıdır: ” Mən onun həyəcanını təsəvvür edirəm. Çünki bu müharibə onun üçün yaxşı nəticə vermədi”, -deyə Tramp bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az