Donald Tramp mühüm SƏRƏNCAM imzaladıbackend

Donald Tramp mühüm SƏRƏNCAM imzaladı

ABŞ prezidenti Donald Tramp kosmos sənayesindəki bürokratik maneələrin azaldılması və kommersiya fəaliyyətlərinin sürətləndirilməsi məqsədilə sərəncam imzalayıb. Ağ Evin yaydığı bəyanata görə, sənəd nəqliyyat nazirinə buraxılış və yenidən giriş lisenziyalarının ekoloji baxış proseslərini sürətləndirməyi və ya zərurət olduqda ləğv etməyi tapşırır.

KONKRET.az xəbər verir ki, plan çərçivəsində ABŞ 2030-cu ilə qədər yeni kosmik fəaliyyətləri və buraxılış tezliyini artıraraq kosmosdakı üstünlüyünü möhkəmləndirməyi hədəfləyir. Bunun üçün köhnəlmiş, lazımsız və ya həddindən artıq məhdudlaşdırıcı qaydalar ləğv ediləcək.

Açıqlamada bildirilib ki, kommersiya lisenziyası və icazə prosesləri sadələşdiriləcək. Ticarət Nazirliyinə kosmos limanı layihələrinin mövcud qanunvericiliyə uyğunluğunu qiymətləndirmək, eləcə də Müdafiə və Nəqliyyat Nazirlikləri və NASA ilə koordinasiyalı fəaliyyət göstərmək tapşırılıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*