Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutdubackend

Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutdu

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişəni müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “New York Post”a müsahibəsində bildirib.

 

Trampın sözlərinə görə, Vladimir Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.

Ağ Ev rəhbəri həmçinin Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*