Donald Trampın adı Kolorado ştatındakı bülletenlərdən çıxarılacaqbackend

Donald Trampın adı Kolorado ştatındakı bülletenlərdən çıxarılacaq

Kolorado Ali Məhkəməsi Donald Trampın 2021-ci ildə ABŞ hökumətinə qarşı zorakılığın qızışdırılmasına görə qarşıdan gələn prezident seçkilərində adının ştatın səsvermə bülletenindən çıxarılması barədə qərar verib.

KONKRET.az xəbər verir ki, qərar ölkə tarixində ilk dəfədir verilir. Kolorado məhkəməsinin qərarı yalnız ştatda martın 5-də Respublikaçıların ilkin seçkilərinə şamil edilir.

Bununla belə, məhkəmənin qərarı çox güman ki, noyabrın 5-də keçiriləcək ümumi seçkilərdə Trampın mövqeyinə təsir edəcək.

Kolorado məhkəməsi bildirib ki, apellyasiya şikayəti yanvarın 4-nə qədər verilə bilər. Trampın seçki qərargahı məhkəmənin qərarını yanlış və qeyri-demokratik adlandırıb: “Kolorado məhkəməsi bu gün tamamilə səhv qərar qəbul edib və biz tez bir zamanda Ali Məhkəməyə müraciət edəcəyik. Biz qeyri-demokratik qərarın dayandırılmasını istəyəcəyik”. Trampın vəkili iddia edib ki, Kapitoliyada baş verən iğtişaş üsyan kimi qiymətləndiriləcək qədər ciddi deyil və Trampın həmin gün Vaşinqtonda tərəfdarlarına söylədiyi fikirlər onun azad söz hüququ ilə qorunur. Vəkil iddia edib ki, məhkəmələrin Trampın adının bülletendən çıxarılmasını tələb etmək səlahiyyəti yoxdur. Trampın əleyhdarları bu işdən onu diskvalifikasiya etmək və məsələni Ali Məhkəməyə çatdırmaq üçün daha çox səy göstərirlər. Bununla belə, ABŞ Ali Məhkəməsinin hakimlərinin əksəriyyəti mühafizəkardır, onlardan üçü Trampın təyin etdiyi hakimlərdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*