Donbassda atışma: 3 ukraynalı hərbçi yaralandıbackend

Donbassda atışma: 3 ukraynalı hərbçi yaralandı

Martın 5-də Donbasda separatçılar atəşkəsi 10 dəfə pozub.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumat “Facebook”da yayılıb.

Düşmən Minsk razılaşmaları ilə qadağan edilmiş 122 mm artilleriya sistemindən, 120 mm və 82 mm-lik minaatanlardan, həmçinin müxtəlif sistemli qumbaraatanlardan, ağır pulemyotlardan və kiçik silahlardan atəş açıb.

“Vostok” əməliyyat-taktiki qruplaşmasının olduğu bölgədə Avdeevka kəndi yaxınlığında bir atışma qeydə alınıb.

“Şimal”da isə düşmən Ukrayna Silahlı Qüvvələrinin 9 mövqeyini atəşə tutub.

“Bundan əlavə, son bir gün ərzində düşmən 3 saylı heyvandarlıq sahəsinə təxribat xarakterli silahlı hücumlar həyata keçirib. Xəsarət alan olmayıb. Ukraynalı müdafiəçilər cavab olaraq atəş açmayıblar. Bizim tərəfimizdən atəşkəs rejiminə riayət edilib”. Açıqlamada deyilir.

Xatırladaq ki, martın 4-də Donbassda 4 ukraynalı əsgər yaralanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*