Donbassda atışma: bir ukraynalı döyüşçü yaralandıbackend

Donbassda atışma: bir ukraynalı döyüşçü yaralandı

Separatçı bölmələr dünən Donbassda atəşkəs rejimini dörd dəfə pozub. Nəticədə bir əsgər yaralanıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Qüvvələr Qərargahının mətbuat mərkəzi yayıb.

Belə ki, düşmən Minsk razılaşmaları ilə qadağan edilmiş 82 mm çaplı minaatanlardan, həmçinin müxtəlif sistemli qumbaraatanlardan, ağır pulemyotlardan və kiçik silahlardan istifadə edib. Snayperdən atəş açıldığı da deyilir.

Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə atəş Vodyanoye, Peski, Zayçevo və Luqansk qəsəbələri ərazilərində qeydə alınıb.

Bu gün səhər düşmən 11 dəqiqə Lebedinskinin müdafiəçilərinin mövqelərinə atəş açıb. Heç kəs  xəsarət almayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*