Donbassda atışma: bir ukraynalı əsgər öldü, beşi yaralandıbackend

Donbassda atışma: bir ukraynalı əsgər öldü, beşi yaralandı

Ötən gün ərzində Donbasdakı qanunsuz silahlı dəstələr atəşkəsi 7 dəfə pozub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı bu gün Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Qərargahının mətbuat mərkəzi yayıb.

Düşmənin atəşə tutması nəticəsində Birləşmiş Qüvvələrin bir üzvü öldürülüb, daha 5 müdafiəçi yaralanıb.

Separatçılar Ukrayna hərbçilərinin mövqelərini Minsk razılaşmaları ilə qadağan edilmiş 82 mm çaplı minaatanlardan, həmçinin müxtəlif sistemlərdən, ağır pulemyotlardan və kiçik silahlardan atəş açdığı qeyd olunur.

Xatırladaq ki, martın 2-də separatçılar Minsk sazişləri ilə qadağan olunan silahlardan 13 dəfə sükutu pozublar. Nəticədə 5 Ukrayna əsgəri yaralanıb. Martın 1-də isə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 11 dəfə atəş açılıb, bir əsgər ölüb, yeddi nəfər yaralanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*