Donbassda atışma: bir yaralı varbackend

Donbassda atışma: bir yaralı var

Dünən Donbasda separatçılar atəşkəsi 10 dəfə pozublar.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, separatçılar Minsk razılaşmaları ilə qadağan edilmiş 120 mm və 82 mm çaplı minaatanlardan, həmçinin müxtəlif sistemlərdən qumbaraatanlardan, İHA, ağır pulemyotlardan və kiçik silahlardan istifadə ediblər.

Vostok əməliyyat-taktiki qrupunun yerləşdiyi bölgədə dörd, Şimalda altı atışma qeydə alınıb. Nəticədə bir nəfər yaralanıb.

Martın 9-da bir Ukrayna hərbçisi həlak olub.

Bu günün əvvəlindən bəri separatçılar atəş açmayıb.

Bazar ertəsi günü, separatçıların dronlardan təcili yardım maşınını vurduğu məlum olub.

Xatırladaq ki, martın 8-də Donbassda düşmən 6 dəfə atış açıb, nəticədə bir əsgər ölüb, daha beş nəfər yaralanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*