Türkiyədə son həftələrdə təsirli olan dondurucu soyuqlar yavaş-yavaş geri çəkilir və yerini daha mülayim, isti hava şəraitinə buraxır. Fevral ayının son günlərini yaşadığımız bu dövrdə hava temperaturu hiss olunacaq dərəcədə yüksələcək, xüsusilə gündüz saatlarında bahar əhval-ruhiyyəsini xatırladan hava şəraiti müşahidə ediləcək.
Ölkənin bir çox bölgəsində buzlanma və qar yağışları yerini günəşli və açıq havaya verəcək. Ancaq bəzi bölgələrdə hələ də yağış və qar təsirli ola bilər.
KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssisləri önümüzdəki günlərdə hava şəraitində əhəmiyyətli dəyişikliklər olacağını və temperatur artımı müşahidə ediləcəyini bildiriblər.
Meteorologiya Baş İdarəsi tərəfindən edilən proqnozlara görə, ölkəmizin şimal, mərkəz və şərq bölgələrinin qismən və çox buludlu, Qara dəniz bölgəsinin (Düzcə və Bolu istisna olmaqla) eləcə də Ərzincan, Ardahan və Sivas ətraflarının, həmçinin Kayserinin şimal və şərq hissələri ilə Yozqatın şərqinin qar yağışlı, digər bölgələrin isə az buludlu keçəcəyi gözlənilir.
Yağıntıların Qara dəniz sahillərində güclü olması ehtimal edilir. Küləyin Aralıq dənizinin daxili bölgələrində şimal istiqamətdən güclü (40-60 km/saat), Mərkəzi və Şərqi Qara dəniz sahillərində isə qərb və şimal-qərb istiqamətdən güclü və qısa müddətli fırtına (50-70 km/saat) şəklində əsəcəyi proqnozlaşdırılır. Şimal, daxili və şərq bölgələrdə daha güclü olmaqla, ölkə üzrə buzlanma və don hadisələrinin, eləcə də duman və çənin müşahidə olunacağı bildirilir.
Şərqi Qara dənizin daxili bölgələrinin yüksək hissələrində və Şərqi Anadolunun yüksək və sıldırım yamaclarında qar uçqunu təhlükəsi mövcuddur.