Dönər kabab savaşları qızışdı: Türkiyənin bu addımı Almaniyada çaşqınlıq yaratdıbackend

Dönər kabab savaşları qızışdı: Türkiyənin bu addımı Almaniyada çaşqınlıq yaratdı

Türkiyənin Avropa Birliyinə (Aİ) türk dönərini qeydə almaq üçün müraciət etməsi Almaniyada narahatlıq yaradıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Dönər Federasiyasının Türk dönərinin “Ənənəvi Məhsul Adı” qeydiyyatı üçün Aİ Komissiyasına etdiyi müraciətin elanı aprel ayında AB Rəsmi Qəzetində dərc olunub. Reklamda dönər kababının hazırlanması və bişirilməsi ilə bağlı ətraflı meyarlar yer alıb.

İngiltərənin “The Times” qəzeti Türkiyənin bu addımının Almaniyadakı bəzi qruplar tərəfindən “Almaniyanın mədəni kimliyinə hücum” kimi qiymətləndirildiyini yazıb. Xəbərdə bildirilir ki, AB türk dönərini qeydiyyata almağa qərar verərsə, Almaniyadakı dönər istehsalçıları reseptlərini dəyişməli və ya dönərlərinə başqa ad qoymalı olacaqlar.

Qeyd edək ki, dönər Almaniyada ən məşhur yemək kimi qəbul edilir. Ölkə üzrə 15 mindən çox dönərxana var.

Yeri gəlmişkən, ötən il Almaniya parlamentində dönər qiymətlərinin artırılması gündəmdə olub. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin aprel ayında Türkiyəyə səfəri zamanı 60 kilo dönər kababla gəlməsi də tənqidlərə səbəb olub.

Nəhayət, Berlində yerləşən Alman kabab istehsalçıları birliyi Türkiyənin Aİ-yə qeydiyyat müraciətinə etiraz edərək, Qida və Kənd Təsərrüfatı Nazirliyini bu vəziyyətə müdaxilə etməyə çağırıb.

Almaniyadakı dönərçilər ölkədəki dönərin türk dönərindən fərqli olduğunu və fərqli bir mədəniyyət ənənəsini əks etdirdiyini vurğulayırlar. Ştaynmayeri Türkiyə səfərində müşayiət edən Almaniyadan olan dönərçi Arif Keleş “Burada hazırladığımız dönər Türkiyədə yoxdur” deyib.

Türkiyənin qeydiyyat ərizəsi illik 7 milyard avro dəyərində olan Avropa dönər bazarında da mübahisələrə səbəb olub. Avropa dönər istehsalçıları dönərxana standartlarının tətbiqindən narahatdırlar.

Türkiyənin dönər addımı Yunanıstanda da reaksiyalara səbəb olub.

Bəzi qruplar Türkiyəni “dönər kabab”ını monopoliyaya almağa çalışmaq üçün tənqid edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*